“Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi Gəncədə

Gəncədə “Muzeylərimizi tanıyaq və tanıtdıraq” adlı interaktiv ekskursiya layihəsi çərçivəsində növbəti şagird qrupu layihəyə qoşulub.
Layihədə regionlarda yaşayan aztəminatlı ailələrin övladları, Şəhid övladları, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya bir valideyni vəfat etmiş məktəblilər iştirak edirlər.
Layihənin məqsədi məktəblilərin asudə vaxtını səmərəli təşkil etmək, həmçinin, onların dünyagörüşünün, bilik və bacarıqlarını artırmaq, məktəbliləri muzeylərin qızıl fondu ilə tanış etmək, şagirdlərə ölkəmizin qədim tarixi, milli-mənəvi dəyərləri barədə daha ətraflı məlumat verməkdən ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.