“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq

Mayın 18-də Mədəniyyət Nazirliyi və ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans keçiriləcək.

İki hissədən ibarət konfransın birinci hissəsi saat 14:00-da başlayacaq. Bu hissədə konfransın fəxri qonaqları qismində beynəlxalq ekspertlər: “Avropa Muzey Təşkilatları Şəbəkəsinin (NEMO) sədri David Vuillaume, “The Entertrainers Limited” şirkətinin direktoru, təlim provayderi, müxtəliflik və inklüzivlik üzrə təcrübə məsləhətçisi Barbara Lisicki, Beynəlxalq Mədəni İnklüziv Liderlik Mərkəzinin direktoru, Anant Milli Universitetinin professoru, ICOM-un keçmiş vitse-prezidenti Amareswar Galla çıxış edəcəklər.

Konfransın moderatoru ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olacaq.

Konfransın ikinci hissəsində isə Azərbaycanda fəaliyyət göstərən Ev-Muzeylərin direktorları mövzu ilə bağlı müzakirələr aparacaqlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.