“Muzeyi peşəkardan öyrənək” layihəsinin növbəti təlimi Ağcabədi rayonunda təşkil olunub

“Muzeyi peşəkardan öyrənək” adlı layihə üzrə növbəti təlim-seminar Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağcabədi, Ağdam və Laçın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün Ağcabədi Tarix – Diyarşünaslıq muzeyində keçirilib. Layihədə ümumilikdə 8 mədəniyyət müəssisəsindən 22 əməkdaş iştirak etmişdir.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli və elmi fond işləri üzrə direktor müavini Aida Axundova tərəfindən aparılan təlim-seminarda “muzey sahəsində müasir çağırışlar”, “fond və mühafizə işi”, “dünya muzeyləri” mövzuları üzrə təlim-seminar keçirildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.