“Müzakirə klubu”nun gəncləri hobbilərindən danışıblar

Ətrafına fəal gəncləri toplayan YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyində fəaliyyət göstərən “Müzakirə klubu”nun növbəti mövzusu “Hobbilərimiz” olub.

Müzakirədə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov, təlimçi Nuriyə Nuriyeva və fəal gənclər iştirak ediblər.

Həftədə bir dəfə kluba yığışan, müxtəlif aktual mövzularda müzakirələr aparan, onları düşündürən məsələlər haqqında fikirlərini paylaşan gənclər hobbilərindən danışıblar.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov bildirib ki, Azərbaycan gənci çox potensiallıdır və onların böyük əksəriyyətinin asudə vaxtda məşğul ola biləcəyi maraq dairəsi var. Hobbi boş vaxtın dəyərləndirilməsində əvəzsizdir. Elə gənclərimiz var ki, hobbiyə adi baxır, lakin elə gənclər də var, bundan yararlanaraq həyatını qururlar. Müxtəlif hobbilərlə məşğul olmaq insanın biliyini və intellektini artırır. Alimlər hobbinin insan təfəkkürünə faydalı olduğunu söyləyirlər. Belə ki,hobbi ilə məşğul olan insan yeni şeylər öyrənə və öz dünyagörüşünü artırmağa nail ola bilir.

Təlimçi Nuriyə Nuriyeva bildirib ki, hobbisi olmayan insan yoxdur. Sadəcə, hobbilərinin fərqində olmayan insanlar var. Ona görə də ən xırda örnəklər belə hobbi ola bilər. Hər kəs boş vaxtlarında müəyyən işlərlə məşğul olur. Elm adamları düşünür ki, hobbisi olan insanlar digərlərinə nisbətən daha xoşbəxtdirlər.

Geniş diskussiya şəraitində keçən müzakirədə fəallıq göstərən gənclərdən bəziləri keçmişə qayıdıb, tarixin hansısa zaman tunelində hərəkət etməkdən zövq aldığından, kimisi klassik musiqi sevgisindən, kimisi də topladığı əşyalardan danışıb.

Sonda gənclər hobbinin təkcə insanın özünə yox, cəmiyyətə faydalı olmasını daha əhəmiyyətli hesab ediblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.