Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-nin direktoru vəzifəsindən azad edilib.
Şamxal Həsənli dünən kollektivlə sağollaşıb.
BakuPost-un əldə etdiyi məlumata görə, Şamxal Həsənlinin yerinə Xalq artisti, tanınmış şoumen Murad Dadaşov təyin edilib.
Xeyirli, uğurlu olsun. Televiziyanın yeni təyin olunmuş rəhbəinə işində yeni-yeni uğurlara imza atmağı və televiziyanın artıq “ölü” sayılan reytinqini qaldırmağı arzulayırıq!