Müdafiə Nazirliyi daha bir məlumat yaydı

“Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan, əsassız məlumatlar yayırlar. Bildiririk ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir”.

Bu barədə Müdafiə Nazirliyinin vətəndaşlara müraciətində bildirilir.

“Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”, – deyə müraciətdə qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.