“Müəllimlərin peyvənd olunması zəruridir”.
Etmtv. news xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.
“Peyvənd olunmadığımız təqdirdə, ilk növbədə öz sağlamlığımız üçün çox çətinliklərlə qarşılaşa bilərik. Bu, dünyanın qəbul etdiyi həqiqətdir. Vətəndaşlar peyvənd olunmasa, pandemik şəraitdən qurtula bilməyəcəyik”, – o bildirib.