Müəllimlərin sertifakasiya imtahanı üçün 154 milyon manat ayrılacaq – Millət vəkili

“COP29 kimi mötəbər tədbirə ev sahibliyi etdik. 80 mindən çox xarici qonaq gəldi, ölkəmizin uğuruna şahid oldu. Dünyanın ağlında sual yaranır ki, Azərbaycan 44 günlük müharibədə necə qalib gəldi?  Bu qələbə Azərbaycan silahlı qüvvələrinin şücaəti sayəsində qazanıldı”.

Etmtv. news xəbər verir ki, bu sözləri Milli Məclisin dünən keçirilən iclasında deputat Anar isgəndərov deyib.

Deputat ödənişi edə bilməyən tələbələrə kredit verilməsini təklif edib:

“2025-ci ilin dövlət büdcəsində müəllimlərin sertifakasiya imtahanı üçün 154 milyon manat ayrılacaq. Ümumi təhsil xərcləri isə 4 milyard 946 milyon hesablanıb. Ödənişi ödəyə bilməyən tələbələrə isə kredit verilməlidir”, – deyə A.İsgəndərov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.