Müəllimlərin maaşından tutulan vergilər 

Yeni tədris ilinin başlanması müəllimlərlə bağlı bir sıra vacib məsələləri gündəmə gətirir. Bu məsələlərdən biri də vergilərlə bağlıdır.Sosial şəbəkələrdə təhsil işçilərinin ən çox verdiyi suallardan biri müəllimlərin maaşından hansı vergilərin neçə faiz tutulması ilə bağlıdır.

Hazırda qüvvədə olan qanunvericiliyə istinaədn xatırladır ki, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur:

Gəlir vergisi – 14%;

Sosial sığorta – 3%;

Həmkarlar ittifaqı – 2%;

İşsizlikdən sığorta – 0,5%

Bunları ümumilikdə hesabladıqda maaşdan 19.5 % tutulmalar olur.

Bunu daha geniş formada belə izah etmək olar:

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur.

“Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış eləcə də Sertifikasiyadan keçən müəllimlərin ,  habelə  ölkədə fevralın 1-dən orta hesabla 10 faiz artırılır

Maaş artdıqca vergi də artır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.