Minsk şəhərində “Azərbaycan Günü” təşkil olunmuşdur

2019-cu ilin 21-30 iyun tarixində Belarusiya Respublikasının Minsk şəhərində II Avropa Oyunları keçiriləcəkdir.

Sözügedən tədbirin ilk dəfə ölkəmizdə keçirildiyini nəzərə alaraq II Avropa Oyunlarının keçirildiyi dövrdə fəaliyyət göstərən Fan-zonada 20 iyun 2019-cu il tarixində  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Olimpiya Komitəsinin dəstəyi ilə “Azərbaycan Günü” təşkil olunmuşdur.

Tədbir çərçivəsində bir gün ərzində Fan-zonada qurulan pavilyonda Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən musiqi alətləri, xalça və xalq tətbiqi sənəti nümunələri, mis qablar, milli geyim, milli suvenirlər, müxtəlif çap və poliqrafiya nümunələri və I Avropa Oyunlarını əks etdirən foto-sərginin nümayiş edilmiş və burada quraşdırılan böyük səhnədə 2 saatlıq konsert proqramı təşkil olunmuşdur.

Pavilyonda quraşdirilan monitorda Azərbaycan təbiətinin gözəlliklərinə, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına dair videolar nümayiş olunmuşdur. Həmçinin burada azərbaycan milli mətbəx nümunələri tamaşaçılara təqdim olunmuşdur.

Konsert proqramında respublikamızın Xalq artisti Tünzalə Ağayevanın milli, estrada və bəstəkar mahnılarını ifa etməsi alqışlarla qarşılanmışdır. Həmçinin “Sarı Gəlin” rəqs ansamblinin nümayiş etdikləri rəqslər tamaşaçılar tərəfindən maraq və rəğbətə səbəb olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.