Mingəçevir məhkəməsində proses davam edəcək

Xəbər verdiyimiz kimi tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyev Mingəçevir Dövlət Dram Teatrının aktyoru İlqar Rəhimov tərəfindən Şərəf və ləyaqətin alçaldılması, təhdid və işgüzar nüfuzun müdafisəsi barədə Mingəçevir Şəhər Məhəkəməsinə müraciət etmişdir. Məhkəmə prosesinin ilkin hazırlıq mərhələsi 2022-ci ilin fevral ayının 3-də Mingəçevir Şəhər Məhəkəməsinin hakimi Məhburə Kərimova tərəfindən baxılaraq növbəti məhkəmə prosesi 2022-ci ilin mart ayının 29-na təyin edilmişdir.

Qeyd edək ki, Anar Burcəliyev Qərb regionunda fəaliyyət göstərən yeganə teatrşünas-tənqidçidir. Dövrü mətbuatda 450-dən artıq məqaləsi, oçerk və müsahibələri, eləcə də bu sahə üzrə 15 kitabın müəllifidir. Bir neçə təltifləri vardır. Bu günədək Mingəçevir Dövlət Dram Teatrının fəaliyyəti və yaradıcı heyəti haqqında 30-dan çox məqalələri nəşr olunmuşdur.

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Burcəliyev 08 dekabr 2021-ci il tarixdə növbəti monotamaşaya baxmaq üçün Mingəçevir Dövlət Dram Teatrına gedib. Tamaşanın rejissoru kimi təqdim olunan teatrın aktyoru İlqar Rəhimov olub. Tamaşaya baxarkən teatrşünas-tənqidçi  hesab edib ki, 35 dəqiqə davam edən tamaşada aktyor ifası və rejissor işi uğursuz alınıb. Səhərisi gün uğursuz rejissor işinə görə tənqid olunan İlqar Rəhimov teatrın kollektivi yanında teatrşünas-tənqidçi Anar Burcəliyevə zəng edib,  kobud tərzdə onu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir etmişdir. Qeyd edilən faktlarla bağlı bütün sübutlar iddiaçı, teatrşünas-tənqidçi Anar Burcəliyev tərəfindən məhkəmə prosesinin ilkin hazırlıq mərhələsində təqdim edilmişdir.

Faktla bağlı qəbul ediləcək qərar Mingəçevir Şəhər Məhkəməsinin hakimi Məhburə Kərimova tərəfindən növbəti məhkəmə prosesindən sonra bəlli olacaq. Prosesi nəzarətdə saxlamaqla mövzuya yenidən qayıdacağıq.

Ruhulla Zahidov,

yazıçı-jurnalist.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.