Milli Teatr Günündə Musiqili Teatrda premyera – “İki küpəgirən qarı”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ənənəsinə sadiq olaraq, bu dəfə də 10 Mart – Milli Teatr Günü münasibəti ilə teatrsevərlərin görüşünə yeni tamaşa ilə gələcək.

Etmtv. news xəbər verir ki, həmin gün saat 12:00-da “İki küpəgirən qarı” (Ə.Əlizadə, R.Sef, Т.Каrelina) musiqili nağıl-tamaşası balacaların ixtiyarına veriləcək. Həm ana dilimizdə, həm də rus dilində hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Dostluq, sevgi, cəsarət kimi gözəl mənəvi keyfiyyətlərin vacibliyinin ön plana çəkildiyi, gözlənilməz hadisələrin cərəyan etdiyi tamaşada mənfi xarakterli məşhur nağıl personajları tamamilə fərqli təqdim olunur. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysteri Məhəmməd Abdullayev, səhnə tərtibatçısı Qabil Gözəlov, geyim üzrə rəssamı Nübar Hüseynova, konsetmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

Rol bölgüsünə əsasən, səhnə əsərində Əməkdar artist Səidə Şərifəliyeva, aktyorlar Nicat Əli, Yuliya Heydərova, Valeriya İskəndərova, Olqa Georgiyeva, Adelin Öztürk, Rauf Babayev, Leonid Klets, Ayan Qurbanova, Murad Əliyev və balet artistləri iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.