“Milli Qurtuluş günü xalqın xilas günüdür” mövzusunda konfrans

Goranboy rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş günü münasibətilə “Milli Qurtuluş günü xalqın xilas günüdür” mövzusunda konfrans keçirildi. Konfransı, Mərkəzi Kitabxana Sisteminin oxu zalının müdiri Sevda Əliyeva açıq elan etdi. Tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümumilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsirlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Sonra, Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova, Tarix-diyarşünaslıq muzeyinin baş fond mühafizi Ulduz Bağırova və Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə mövzu ətrafında geniş və dolğun məlumat verdilər. Sonda “Milli Qurtuluşdan İntibaha” adlı video-çarx izlənildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.