Milli Qurtuluş Günü Tbilisidə də qeyd olunub

Tbilisidəki M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 15 iyun – Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdlərinin 30-a yaxın rəsmi sərgilənib.

Sərgidə uşaqların Azərbaycan mövzusunda rəsmləri də nümayiş etdirilib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dərnəyin azərbaycanlı və gürcü şagirdlərinə Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib. Milli Qurtuluş Gününün Azərbaycan xalqının Ümummilli Liderinin adı ilə bağlı olduğunu qeyd edib.

Bildirib ki, ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdiqdan sonra Azərbaycanda sabitlik yaranıb, ölkə inkişaf etməyə başlayıb və beynəlxalq arenada böyük nüfuz qazanıb.

L.Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaq və yeniyetmələrə, həmçinin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan da söz açıb.

Tədbirdə məktəbli Səbinə və Səkinə Hüseynova bacıları Azərbaycanın xalq və bəstəkar mahnılarını oxuyublar. Onları gənc musiqiçilər Rasim və Ramin Pirməmmədov qardaşları tar və pianoda müşayiət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.