Milli Kitabxanada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb

Oktyabrın 13-də Milli Kitabxanada Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illiyi münasibətilə “Türkdilli  Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb.

Sərgidə türkdilli dövlətlərin ölkəmizlə siyasi, iqtisadi, mədəni əlaqələri, türkdilli ölkələrin tarixi, ədəbiyyatı, siyasəti, mədəniyyəti, incəsənəti və türk dünyasının tanınmış şəxsiyyətləri haqqında Azərbaycan dilində və xarici dillərdə kitab, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.