Milli Birlik, İlahi Ədalət və Böyük Sərkərdə

 

Bu gün yaşından  asılı olmayaraq, hər kəs Vətən müharibəsində  qələbəmizə sevinir. Bəli, bu, bizim haqqımızdır. Allahın bizə ədalətidir ki, qısa zaman aralığından  sonra biz öz əzəli torpaqlarımıza qayıtdıq. Bunun üçün Azərbaycan xalqına, Azərbaycan  əsgərinə və tarix yazan Cənab Ali Baş Komandan İlham Əliyevə sonsuz  minnətdarıq ki, biz  bu haqq savaşında qalib olduq  və  ərazi bütövlüyümüzü  bərpa etdik.Təbii ki, bu qələbə bizə heç də asan başa gəlmədi.

Lap əvvəllərə getsək, 1-ci Qarabağ savaşında ölkədə olan hərc-mərclik, hakimiyyət iddiasi və  nizami ordunun olmaması bizə bu münaqişədə məğlubiyyət acısı yaşatdı. Amma hər kəs bilirdi və inanırdı ki, bu qisa müddətlidir və biz öz ərazilərimizi yağı düşməndən xilas edəcəyik.1991-ci ildə ölkəmiz yenicə  müstəqillik qazanmışdı,  büdcəmiz hələ o qədər də yetərli deyildi, silah çatışmazlığı  və s. kimi  amillər öz təsirini göstərməkdə  idi.

Ümummilli lider H.Əliyevin hakimiyyətə gəlişi  Azərbaycanı parçalanmaqdan xilas etdi. Dövlət idarəçiliyində böyük  təcrübəsi olan Ulu Öndərin hakimiyyətə gəlişi ilə dövlət və dövlət strukturları arasında qarşılıqlı əlaqələrin qurulması işi, nizami ordu quruculuğunun  yaranmasından  da yan keçmədi. Xarici ölkələrdə təhsil almağa göndərilən hərbi  kursantlar geri dönərək, öz  bilik və bacarıqlarını işdə tətbiq etdi. Bu iş üçün əlbəttə, böyük zaman lazım idi və  bu, 27 sentyabr 2020-ci ildə öz bəhrəsini vermiş oldu. Qeyd etməliyəm ki, 2016-ci il aprel döyüşlərində  bizim ordu düşmənə nəyə qadir olduğunu göstərdi.Vətən Müharibəsi aldandırdığımız bu savaşda bizim haqq səsimizə təbii ki, ilk dəstək verən qardaş ölkələr Türkiyə, Pakistan və İsrail oldu. Ali Baş Komandan İlham Əliyevin sərt mövqeyi, planlı  siyasəti və  xalqımızın birliyi nəticəsində biz düşməni öz torpaqlarımızdan qovduq. Ciddi itkilərə məruz qalan Ermənistan rəhbərliyi dünya ölkələrindən imdad diləsə də, ilahi ədalət öz yerini tapdı. Azərbaycan Ordusunun qarşısında tab gətirməyən işğalçı Ermənistan rəhbərliyi  “ağ bayrağı” qaldıraraq , Sülh Bəyanatını imzalamağa məcbur oldu. İmzalanan 3 tərəfli Ermənistan -Rusiya -Azərbaycan birgə bəyanatında 3 rayonun silahsız tərk edilməsi müharibə tarixində yeni bir səhifənin yazılması oldu.

Bəzi insanlarda bu müqavilə  müəyyən qədər narazılıq  doğursa da, siyasətdə düşünülməmiş heç nə baş vermədiyini qeyd etmək istəyirəm. Bu imzalanan bəyanat qısamüddətlidir  və  bizim neçə-neçə hərbiçimizin itkisinin qarşını almış oldu. Biz Ali Baş komandan İlham Əliyevin və müzəffər ordumuzun şücayəti sayəsində öz torpaqlarımızı geri aldıq və oraya dönüşü səbirsizliklə gözləyirik.Var olsun, Ordumuz ! Var olsun, Ali  Baş Komandanımız.

İndi isə bu qələbənin  iqtisadi tərəflərinə də nəzər yetirək. Bizim güclü iqtisadiyyatimiz var. Neft gəlirlərimiz və qeyri neft sənayesindən əldə olunan gəlirlər hesabına  qısa müddətdə bütün kənd  və  şəhərlərimiz yenidən qurulacaq. Torpaqlarımızın işğaldan azad olunmağı  büdcənin  yüklənməsinin qarşısını almış olur və əlavə iş yerlərinin açılması xarici sərmayədarların investisiyası hesabına  büdcəyə milyonlarla manat vergilərin daxil olmasını şərtləndirir.

Ərazinin çox böyük turizm infrasturkturu vardır. Azıx mağarası, İstisu bulağı, yüzlərə tarixi memarlıq abidələri və s. Ərazi faydalı qazıntılarla zəngindir. Kəlbəcər və Zəngilan rayonundakı dağ mədənlərinin (qızıl, gümüş, mis, alüminium, mərmər və s.) bir neçə yüz milyon manatlıq  gəlirliliyi  vardır. Həmçinin Naxçıvanın  blokadadan çıxması Türkiyə-Azərbaycan  arasında  quru yol  ilə daşınmaların artmasına və həmin ərazilərin inkişafına təkan vermiş  olacaq.

Əvvəllər Naxçıvandan İran ərazisi vasitəsi ilə uzun bir yol qət edirdik, əlavə vergi ödəyirdik. İndi isə qısa məsafə qət edərək, həmçinin daha az xərclə daşınmalar həyata keçirmiş olacağıq. Həmçinin, minlərlə hektar torpaq sahələrinin əkilməsi və becərilməsi  kənd təsərrüfatı  məhsullarının bazarda təklif  artıqlığıni yaradacaq ki, bu da qiymətlərin aşağı  düşməsinə öz təsirini göstərəcək.

Bu qələbə bizim həm ölkə olaraq, ərazimizin bərpasını, həm də iqtisadiyyatımızın güclənməsini təmin etdi. Bu qələbə münasibəti ilə Böyük Sərkərdə İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycanlıları, bütün hərbçiləri, ürəyi Azərbaycanla döyünən milliyətindən asılı olmayaraq, hər kəsi təbrik edirəm.Yaşasın Xalqımız! Yaşasın Birliyimiz!

Rəhimzadə Sənan İman oğlu

 Bakı şəhəri,  23.11.2020

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.