Millət vəkili YAP sədrliyindən getdiyini açıqlayıb

“Hakim Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında qəbul olunmuş yeni Nizamnaməyə görə, şəhər və rayon təşkilatlarının sədrləri ikinici vəzifə tuta bilməzlər. Bura həmçinin parlamentdə təmsilçilik də daxildir”.

Etmtv.news Big.az-a istinadən verir ki, bu sözləri YAP Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev Feysbuk statusunda yazıb. N.Həmzəyev bildirib ki, sonuncu qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yenidən böyük etimad göstərilərək Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü seçilib və bu səbəbdən YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə namizədliyi irəli sürülməyəcək.

O, qeyd edib ki, fəaliyyətinə Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Yeni Azərbaycan Partiyası Nəzarət komissiyasının üzvü olaraq davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.