Mehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim.

Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” hesabında qeyd edib.

Şəhidlərin qəhrəmanlığı qarşısında baş əydiyini bildirən Mehriban Əliyevanın paylaşımında deyilir: – “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.
Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.