Bildiyimiz kimi Gəncə şəhər idman liseyinin direktoru Mehman Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif olunub.
Dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.