Media nümayəndələri ADAU-da imtahanları izləyib

Azərbaycan Dövlət Aqrar Universitetində 2019-2020- ci tədris ilinin payız imtahan sesiyasının başlanması ilə əlaqədar mediatur təşkil olunub.

Media nümayəndələri ilə yanaşı tədbirdə həmçinin millət vəkili Naqif Həmzəyev Kənd təsərrüfatı Nazirliyinin səlahiyyətli nümayəndələri, valideynlər işıtirak ediblər. Qonaqlarla görüşən universitetin rektoru İbrahim Cəfərov ölkədə qeyri neft sektorunun inkişafına əsas alternativ olan kənd təsərrüfatı sahəsində yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ali təhsil ocağına, dövlətin ayırdığı yüksək diqqət və qayğıdan geniş söz açıb, son illər bu sahədə əldə olunan uğur və naliyyətlərdən danışıb.

 

Cari imtahan sesiyasına hazırlıqla bağlı iştirakçılara məlumat verən universitet rəhbəri, imtahanların test üsulu ilə kompüter vasitəsi ilə keçirildiyinin deyib. Bu da tələbələrə imtahanın yekunu ilə bağlı dərhal məlumat əldə etməyə və nəticələri öyrənməyə imkan verir.

Tələbələrin biliyinin qiymətlənldirilməsində içtimai nəzarətin vacibliyini vurğuluyan rektor, imtahanların gedişatını izləyən media nümayəndələrinə, valideyn komitəsinin üzvlərinə və rəsmi qonaqlara öz təşəkkürünü bildirib.

Tədbirdə tələbə və valideynlərin şikayət və təklifləri dinlənilib.

Görüşdən sonra iştirakçılari mtahan prosesini izləyib, universitetin maddi texniki bazası və yeni tədris korpusunun inşası ilə yaxından tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.