Masallıda “O olmasın, bu osun!” tamaşası nümayiş olundu

Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin şagird kolletivi Gündüz Babayevin səhnələşdirdiyi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun!” operettasını nümayiş etdirib.

Məktəbin müəllim və tələbə kollektivi və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tamaşa sevinclə qarşılanıb. Əsasən rəqs kollektivinin ifasında oynanılan tamaşa iştirakçılar tərəfindən alqışlanıb.

İncəsənət Məktəbinin direktoru Azər Əhədzadə uşaqlara və tamaşanın rejissoru baletmeyster Gündüz Babayevə dərin təşəkkür və minnətdalığını bildirib. Qeyd olunub ki, bu kimi tədbirlər uşaqlarda incəsənətə olan marağını daha da artırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.