Fransa Prezidenti Emmanuel Makron məruz qaldığı hücumla bağlı jurnalistlərə açıqlama verib.
Etmtv.news Modern.az-a istinadən xəbər verir ki, o, bundan sonra həyatına hər hansı təhlükənin olub-olmaması barədə verilən sualları cavablayıb.
“Həyatıma təhlükə yoxdur. Mən onunla (sillə vuran şəxs – red.) birlikdə olan insanları salamlamağa davam etdim və foto çəkdirdim. Mən davam etdim və davam edəcəyəm. Məni heç nə saxlaya bilməz”, – deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, E.Makron Drom şəhərində sakinlərlə görüşdə naməlum kişi tərəfindən sillələnib.