Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC Tədqiqat Fondunun dəstəyi ilə gənclər arasında könüllülük, maarifçilik ideyalarını təbliğ etmək və gənclərin aydın təfəkkürdə formalaşdırılmasına hesablanmış “Maarifçilik Könüllülük Akademiyası” keçirildi.
21-26 iyul 2019-cu il tarixlərində Şamaxı rayonunda Vergilər Nazirliyinin Tədris Mərkəzində 70 nəfər gəncin iştirakı ilə həyata keçirilən “°Maarifçilik” Könüllülük Akademiyası-nın əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərlə görüşü zamanı qeyd etdiyi prioritetlərə uyğun olaraq,ölkəmizdə könüllü ordusunun daha da genişləndirilməsi,gənclərin vətəndaş cəmiyyətinin inkişafında iştirakçının artırılması və onların şəxsi inkişafına hesablanan dövlət siyasətinə ictimai dəstək verməkdir.
Forumda dövlət rəsmiləri və millət vəkilləri iştirak etmişdir.
Açılış mərasimi daha sonra gənclər ilə interaktiv sual cavab əsasında davam etmişdir.