Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Məşhur tibb jurnalı “The Lancet” Azərbaycanın Çindən aldığı “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib. Məqalədə vaksinin əhəmiyyəti, onun pasiyentlər üzərində aparılan uğurlu sınaqları haqqında qeydlər yer alıb.

Məqalədə “CoronoVac” vaksininə COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin çox ehtiyacı olduğu, bu vaksinin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edildiyi qeyd olunur.

“CoronoVac” vaksini Çinin Hebey (Hebei) əyalətinin Renku (Renqiu) şəhərində təsadüfi üsulla hər iki gözü kor insanlarda kliniki şəraitdə test edilib. Belə ki, vaksin 0-28 gün arasında 2 dozada əzələyə inyeksiya edilir. Vaksinasiya prosesində iştirak edən bütün tərəflər – tədqiqatçılar, həkimlər, laborantların hamısı maskadan istifadə etməlidir. İlk dozadan sonra vaksinasiya olunan şəxsin vaksinə reaksiyası müşahidə edilir. Əvvəlcədən bütün iştirakçılarla razılaşdırıldığı kimi 28 gündən sonra ikinci doza vurulur.

“2020-ci ildə 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə 350 nəfərin üzərində sınaq vaksinlənmə həyata keçirilib. 28 gün ərzində hər hansı əks reaksiyaya rast gəlinməyib” – Jurnal yazır.

Araşdırmaların sonunda “The Lancet” qərara gəlir ki, adıçəkilən vaksinin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir etdiyi və heç bir təhlükəsi olmadığı vurğulanır.

Xatırladaq ki, Azərbaycan da “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” alır. Mərhələli şəkildə ölkəyə gətirilən vaksinlərin ilkin mərhələdə 60 yaşdan yuxarı insanlar, tibb işçiləri, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”nın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.