Məktəblilər üçün yeni geyim nümunələri təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub

Məktəblilər üçün yeni geyim nümunələri ilə bağlı layihə təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilib. Həmin təsvirlər təsdiq edildiyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Bu barədə Təhsil Nazirliyi AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib. Qeyd olunub ki, hazırlıq mərhələsində geyim təsvirləri ictimaiyyətin, eyni zamanda, geyim üzrə mütəxəssislərin və geyim istehsalı ilə məşğul olan müəssisələrin müzakirəsinə çıxarılmış, onların rəy və təklifləri nəzərə alınıb.
Bununla belə yeni geyim forması təsdiq olunduqdan bir müddət sonra da hazırda qüvvədə olan məktəbli formaları istifadədə qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.