Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində ənənəvi olaraq hər il ölkəmizdə Uşaq Hüquqları Aylığı elan edilir.
Aylıq çərçivəsində keçirilən silsilə tədbilərdən biri də Mir Cəlal Paşayev adına Gəncə şəhər 39 saylı tam orta məktəbdə baş tutdu. Müəllimlərin, bir qrup vaideynlərin və çoxsaylı şagirdlərin iştirakı ilə keçrilən tədbirə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Gültəkin Qasımova, Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, Ombudsman Aparatının əməkdaşları, GDU-nin nümayəndələri, Gəncə şəhər Polis İdarəsiin nümayəndəsi və KİV nümayəndləri dəvət olunmuşdu .
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nizami Rzayev tədbir iştirakşılarını salamladıqdan sonra məktəb rəhbərliyinin, məktəb psixoloqunun uşaqların hüquqlarının qorunması sahəsində gördüyü tədbirlərdən danışdı.Tədbir iştirakşılarına Ombudsmanın salamları çatdırıldı, yetkinlik yaşına çatmayanlara diqqətin artırılması və hüquqlarının təmini vəziyyətinin daha da yaxşılaşdırılması, ölkədə bu sahədə görülən işlər haqqında geniş məlumat verildi .
Tədbir canlı diskussiya şəraitində davam etdirildi. İcra nümayəndələrinin ünvanlandırdıqları suallar müzakirə olundu, ətraflı cavablar alındı, eyni zamanda, məktəb rəhbərliyinin və şagirdlərin təklifləri müzakirə olundu.
Sonda məktəb direktoru Nizami Rzayev Uşaq Hüquqları Aylığının təşəbbüsünə və bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinə görə Ombudsmana və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi .