Mədəniyyətdə könüllülük hərəkatı

Ölkə rəhbərliyinin təşəbbüsü və xüsusi diqqəti sayəsində respublikamızda son illərdə könüllülük fəaliyyəti sürətli inkişaf mərhələsini yaşamaqdadır. Vətəndaş cəmiyyətinin əsas göstəricilərindən biri olan könüllülük fəaliyyəti dövlət idarəçilik sisteminin bütün istiqamətlərini əhatə etməklə istedadlı gənclərin inkişafı üçün əlavə imkanlar yaradır. Yaradıcılıq, tükənməz enerji və vətən sevgisi kimi keyfiyyətləri özündə ehtiva edən könüllülük fəaliyyətinin mədəniyyət sahəsində geniş vüsət tapması, mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin daha rasional və effektiv reallaşmasına səbəb olmaqla yanaşı, gənclərin dövlət idarəetmə sistemində fəal mövqe tutmalarına əlavə zəmin yaradır.
Belə ki, mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl məqsədyönlü tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sözügedən istiqamətdə Nazirliyin sistemində fəaliyyət göstərən müvafiq qurumların potensialından istifadə edərək respublikamızda keçirilən yüzlərlə mədəni tədbirlərin təşkili məsələlərində sahəyə maraq göstərən gənclərin yaxından cəlb olunması planlaşdırılır. ASAN Könüllülərlə sıx əməkdaşlıq əlaqələri şəraitində təşkil olunacaq fəaliyyət çərçivəsində ilk növbədə ölkəmizin müvafiq ali və orta ixtisas müəssisələrində təhsil alan şagird və tələbələrin sözügedən hərəkata cəlb olunması nəzərdə tutulmuşdur. Belə ki, birinci mərhələdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri sözügedən imkanlardan faydalanma hüquqlarını əldə edəcəklər.
Nazirliyin sistemi üzrə könüllülük fəaliyyətinin inkişafı ilə əlaqədar görüləcək işlərin koordinatoru Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev və ASAN Xidmətinin Könüllülərlə iş üzrə bölmənin rəhbərliyi ilə təşkil olunmuş görüş zamanı qurumlar arasında mövcud istiqamət üzrə fəaliyyətinin əlaqələndirilməsi mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Nazirlik tərəfindən mədəniyyət sahəsi üzrə könüllülük fəaliyyətinin inkişafı məqsədilə müvafiq stimullaşdırıcı sistemin hazırlanması da planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.