Mədəniyyət Nazirliyi vətənpərvərlik mövzusunda ədəbi müsabiqə elan edir

Müsabiqənin təşkilində əsas məqsəd xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gələcək nəsillər üçün yeni bədii mətnlərin yaradılması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından müasir ədəbi əsərlərin yazılmasına stimul verməkdir. Müsabiqə 3 ədəbi janr üzrə keçirilir:

              . Hekayə

  • Esse
  • Poeziya (şeir)

Müsabiqənin şərtləri:

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.

• Əsərlər Azərbaycan Respublikasının dövlət dilində yazılmalıdır.

• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon nömrəsi və e-mail), hansı ədəbi janr və kateqoriya üzrə iştirakçı olduğunu qeyd etməlidir.

• Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.

• Əsərlər elektron formada aşağıda göstərilən e-poçt ünvanına göndərilməldir.

Hekayə janrı üzrə

• Mövzusu: hərbi vətənpərvərlik

• Müsabiqəyə 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul olunur.

• Hekayənin mətni üçün tələblər – şriftin qarnituru  “Arial” 12, sətirlər arası interval 1, faylın formatı “doc.” A4.

Esse janrı üzrə

• Mövzusu: “Qarabağdan namə”

 Mətnin həcmi 700 sözdən çox olmamalıdır

Poeziya (şeir) janrı üzrə

• Mövzusu: İstiqlaliyyət və milli ruhun tərənnümü, Qarabağ müharibəsi

 Müsabiqəyə iri həcmli nəzm əsəri (poema) qəbul olunmur.

Müsabiqə iştirakçılarının kateqoriyası

  1. Peşəkar yaradıcı şəxslər
  2. Həvəskar yaradıcı şəxslər
  3. 10-15 yaş arası uşaqlar (bu kateqoriya üzrə iştirakçılar şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir)

Müsabiqənin mükafat fondu:

20 700 (iyirmi min yeddi yüz) manat

Qaliblərin seçilməsi və mükafatı

Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq hər bir janrda “Peşəkar yaradıcı şəxslər” kateqoriyası üzrə 3 əsas qalib, “Həvəskar yaradıcı şəxslər” kateqoriyası üzrə 3 həvəsləndirici qalib, “10-15 yaş arası uşaqlar” kateqoriyası üzrə 5 nəfər qalib seçiləcəkdir.

Hər bir janr üzrə əsas qaliblərə (9 nəfərə) fəxri diplom və 1500 manat pul mükafatı təqdim olunacaq.

Hər bir janr üzrə həvəsləndirici qaliblərə (9 nəfərə) xüsusi diplom və 800 manat pul mükafatı təqdim olunacaq.

Hər bir janr üzrə qalib uşaqlara (15 nəfər) fəxri fərman və nazirliyin tabeliyində olan muzeylərə bir illik ödənişsiz ziyarət kartı təqdim olunacaq.

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 30 noyabr 2020-ci il tarixində sona çatacaq.

Müsabiqəyə esselərin və şeirlərin qəbulu 25 noyabr 2020-ci il tarixində sona çatacaq.

Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcək.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (012) 493 42 94

İştirakçılar tərəfindən əsərlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.

E-mail: nrtis@mct.gov.az

© Nazirlik müsabiqəyə təqdim olunan əsərlərin müəlliflik hüququnu qorumaqla kitab şəkilində nəşrə hazırlanması və çapını həyata keçirə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.