Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsi çərçivəsində təqdim edir: Şəhid Zamin Rəhimov

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsinin dördüncü buraxılışını təqdim edir.

28 il öncə anasının qucağında doğma Cəbrayıldan didərgin düşən Zamin illər sonra şanlı ordunun sıralarında ata evinə qayıdır. Bir neçə gün sonra isə ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır.

Çalışdığı kollektivin ən şən üzvü olmuş Zamin haqda iş yoldaşları, valideynləri böyük məhəbbətlə söz açıblar.

Bu gün qəhrəmanımızın yeganə övladı İnci atasının Qarabağdan məcburi köçkün düşdüyü yaşdadır. Atası kimi minlərlə qəhrəmanın canı, sağlamlığı bahasına azad olunmuş bütöv Azərbaycanın qucağında böyüyür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.