Mədəniyyət Nazirliyi “Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyətə bağlı ömür” layihəsinə start verib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir.

İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.

Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.