Mədəniyyət naziri Gəncə Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşına irad tutdu

Azərbaycanda nazirlə işçi arasında gərginlik yaşanıb.

Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov Gəncə Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşına irad tutub.

Nazir muzeyə aid kitablardan birinin itməsinə  öz iradını bildirib.

“Necə yəni kitab itib. Kitab qiymətli bir vasitədir. Kitabda eksponatlar haqqında məlumatlar yer alıb. Siz muzeyin işçisisiniz və siz bilməlisiniz. Araşdırın, izahat verilməli və tədbirlər görülməlidir”, – deyə Anar Kərimov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.