Mədəniyyət naziri Anar Kərimov karantinə alındı

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Etmtv.news xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Məlumatda Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.