Londonda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

London, 9 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın Böyük Britaniyadakı səfirliyində anım mərasimi keçirilib.

Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli siyasi fəaliyyətindən danışıb. Diplomat deyib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı Azərbaycanda bütün sahələrdə dərin tənəzzül hökm sürürdü. Lakin buna baxmayaraq, dahi şəxsiyyət qısa müddətdə bu problemləri aradan qaldırdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişaf təmin olundu, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutdu.

Səfir Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində son illər ölkəmizin qazandığı nailiyyətlərdən, Azərbaycanda keçirilən mötəbər tədbirlərdən danışıb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, Britaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.