Lider TV bağlandı?!.

Lider Televiziyası fəaliyyətini dayandırıb.

Publika.az  xəbər verir ki, bu barədə məlumatı Lider TV-nin bir neçə əməkdaşı Axar.az-a təsdiqləyib.

Onlar bildiriblər ki. bu gün iş gününün sonunda onlara sabahdan işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Kanal əməkdaşlarına bildirilib ki, bəlli səbəbdən Lider TV bundan sonra fəaliyyətini davam etdirmək imkanında deyil.

Qeyd edək ki, artıq bir müddətdir Lider TV-nin maddi baxımdan çətinlik çəkdiyi haqda mediada çoxsaylı məlumatlar gedirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.