Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın “Le Monde” qəzetini tənqid edib.
Bu barədə diplomat Tvitterdə yazıb.
-“Le Monde” gözünü aç!
Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;
Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki ayrı düşüb (yol bağlanıb)”, – o, qeyd edib.