Lənkəranda azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarıldı – YENİLƏNDİ

Lənkəranda “Kaspi Kids” uşaq bağçasında azyaşlıya zorakılıq edən tərbiyəçi işdən çıxarılıb.

Bu barədə APA-ya bağçanın təsisçisi Murad İbrahimov məlumat verib.

O bildirib ki, yayılan görüntülərdən dərhal sonra lazımi tədbirlər görülüb, həmin tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib.

Baş verən hadisə ilə bağlı Kaspi Təhsil Şirkəti açıqlama verib:

“Sosial şəbəkələrdə “Kaspi Kids” Lənkəran nümayəndəliyində baş vermiş xoşagəlməz halla bağlı video paylaşılıb. Hadisə bizi son dərəcə məyus edib və dərin narahatlıq doğurub.

Məlumat vermək istərdik ki, “Kaspi Kids” Lənkəran nümayəndəliyi məktəbəqədər hazırlıq xidməti təqdim edən müəssisədir. Həmin müəssisə “Hirkan Hazırlıq Kursu” MMC tərəfindən idarə olunur. “Hirkan Hazırlıq Kursu” MMC, Kaspi Kids brendi adından istifadə üçün françayzinq müqaviləsinə əsasən rəsmi icazə ilə fəaliyyət göstərir.

Bu kimi hallar təhsil müəssisəsinin prinsiplərinə və dəyərlərinə tamamilə ziddir. Bu səbəblə baş verən hadisə dərhal araşdırılıb, müvafiq əməkdaş işdən azad edilib. Eyni zamanda, Kaspi Kids brendinin təhsil keyfiyyəti prinsiplərinə uyğun fəaliyyət göstərmədikləri üçün “Hirkan Hazırlıq Kursu” MMC-nin françayzinq müqaviləsinə xitam verilib”.

Qeyd edilib ki, gələcəkdə bu kimi halların baş verməməsi üçün nəzarət mexanizmlərini daha da gücləndiriləcək, bütün zəruri tədbirlər görüləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.