“Külli miqdarda saxta diplom verən ali məktəblərimiz var” – Nazir

“Həqiqət budur ki, qurumlar öz nüfuzunu qorumursa, kimsə qoruya bilməz”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, külli miqdarda saxta diplom verən ali məktəblərimiz var:

“Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil”.

Nazir əlavə edib ki, indi texniki olaraq kiməsə saxta diplom vermək mümkün deyil: “Amma 1990-cı illərdə bu, mümkün idi. 1990-cı illərin orta ixtisas diplomu kağızdır. Biz o adamı çağırıb soruşuruq ki, bu diplomu sizə kim verib, necə verib. Çünki o vaxt diplomlar FİN-ə bağlı deyildi. Möhürlü diplomlar var ki, biz onlarln necə alındığını bilmirik. Bizim əlimizdə çoxlu başqa ölkələrdən olan külli miqdarda belə diplomlar var. Bizim 1998-ci ildə bir qanun vardı, 2002-ci ildə bir qanun. Bu nöqteyi-nəzərdən diplomun diplom almasını sübut etmək üçün bizim əlimizdə kifayət qədər sübut yoxdur. Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, ya yox”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.