Azərbaycan Texnologiya Universitetinin könüllüləri “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji aksiya keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbə könüllüləri Gəncəçay çayı ərazisində ekoloji aksiya keçiriblər.
Aksiya zamanı ATU könüllüləri çay yatağını məişət tullantılarından təmizləyiblər.
Qeyd edək ki, ekoloji aksiya “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunub.



