Bu gün tarix elmlər doktoru, professor sözün həqiqi mənasında “tarixçi” adını ləyaqətlə daşıyan” Tərəqqi” medallı, III dərəcəli “Vətən xidmətə görə” ordenli Anar İskəndərovun anadan olduğu gündür. Şəxsiyyət vəsiqəsi qohumluğum və tarixçi dostluğum mənə imkan verdi ki, onun doğum gününü ürəkdən təbrik edim, görkəmli tarixçinin həyat və fəaliyyəti haqqında bir neçə cümlə-səhifə yazım. Axı, Anar müəllim hər cür qiymətləndirməni bu gün yox ən azı 20 ildir ki, haqq etmişdir. Onun həyat yolu Masallı rayonunun Kolatan kəndindən yalnız Bakıyamı, yox, lap uzaqlara uzanmışdır. Haralarda görmürük professor Anar İskəndərovu? O sadəcə, konfrans iştirakçısı deyildir, mənim gördüyüm kimi konfranslarda dünyanın hansı ölkəsində olursa olsun, tədqiqatçı elmi avtoritetdir.
Bu səlahiyyəti professor Anar İskəndərov haradan almışdır? Çox maraqlı sualdır. Unutmamalıyıq ki, respublikada çox az olan tarixçilərdəndir ki, Anar İskəndərov arxivlərə sözün tam mənasında dərindən sahiblənmişdir. “Mən arxivlərdə sənədlərlə görüşümü şəhidlərlə görüş olaraq hiss edirdim. Hətta sənədlərə toxunduqda, şəhidlərin harayını da eşidirdim, Mən inanıram ki, bu harayların tələbi tezliklə həll olunacaqdır” – deyir görkəmli tədqiqatçı.
Alim faktiki olaraq arxivlərin sorğu kitabı statusundadır. Hansı arxivin siyahısı və problemlər sənə lazımdırsa, tarixçinin hafizəsinə araxalana bilərsən.
Professor Anar İskəndərov Azərbaycan tarixinin ən ağrılı və uzun illər “yasaq zona” elan edilmiş dövrün – Azərbaycanda sovet hakimiyyətinin, Azərbaycan Xalq Cümhuriyyəti tarixşünaslığının tədqiqi ilə məşğul olmuş və artıq hamı etiraf etmişdir ki, o qarşıya qoyulan məqsədə artıqlaması ilə nail olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlərdən istifadə etməyə və onları imkan olan kimi elmi mübadiləyə qazandırmış oldu. İlk dəfə olaraq mənbəşünaslıq, tarixşünaslıq zəngin elmi arxiv sənədlərindən tərtib olunmuş bazaya malik fənn olaraq ortaya çıxdı. Axı, Azərbaycan istiqlal tarixinin ən mühüm dövrüdür. Bu dövrlə əlaqədar tədqiqatlar müəllifə yalnız özünün deyil, o dövrlə əlaqədar bir qrup tarixçilərin yetişməsinə səbəb olmuşdur.
Tədrisin bütün mərhələlərində iştirak edib. Kənddə işləmək limiti də tamamlanmışdır. Elmi tədqiqat heç də asan olmamışdır. 2004-cü ilə qədər ermənilərin Azərbaycanda 1918-ci ildə həyata keçirdikləri soyqırımın tarixini elmi ictimaiyyətə qazandırdı. Artıq “deyirlərinn” yerini arxiv sənədləri tutmağa və soyqırım tarixləşdirildi.
Professor Anar İskəndərovun bu tədqiqatlarını nə qədər şəhid ruhları uzun illər gözləmişdir. Artıq tarixçinin tədqiqatından sonra ermənilərin soyqırım nağılına son verildi. Axı, ortada fundamental soyqırım tədqiqatı var idi. 2005-ci ildən professordur. Bu tədqiqatlarla tariximizə yeni ruh gəldi.
Professor Anar İskəndərov dünyanın müxtəlif ölkələrində olan beynəlxalq konfranslarda müzakirələrin istiqamətini müəyyən etməkdədir. Alimin xaricdə tanınma indeksini onun əsərlərindən istifadə indeksi müəyyən edir. Etiraf etmək lazımdır ki, Anar müəllimin əsərlərinin istifadə indeksi xaricdə çox yüksəkdir. Alimin alim kimliyini bu gün onun əsərlərindən istifadə indeksi müəyyən edir.
Professor Anar İskəndərov xaricdə 1917-1920-ci illər Azərbaycan tarixinin görkəmli mütəxəssislərindən biri olaraq tanınır. Bütün bu xidmətlərin qanuni nəticəsi olaraq Anar İskəndərov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədridir.
Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür. Daha nə qədər üzv olduğu jurnalların redaksiya şurası var. Çox geniş beynəlxalq əməkdaşlığı var. Əsərləri bir çox xarici dildə çap olunub. Onların hamısını saymaqla oxucuların yaddaşını yükləmək istəmirəm. Amma bu həqiqət və gerçəklikdir ki, professor Anar İskəndərovun bir tərcümeyi-hala sığmayan fəaliyyəti, həyat kitabı var. Bu həyat kitabının bir neçə səhifəsini sizə çatdırdırdım. Hələ oxunmalı səhifələr olduğu kimi müəllifin-tarixçinin geniş yaradıcılıq planları da var. Tarixçi – professor Anar İskəndərova yaradıcılıq uğurları arzulayıram
Həsənbala Sadıqov,
Tarix elmləri doktoru, professor,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.