“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.
Bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə – Lev Tolstoy, Bolşaya Vasilkovskaya, Qliboçitska, Seçevıx Streltsov küçələrində, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.
Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.
Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq.