Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə kitabsevərlərlə görüş keçirilib.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Tələbə Həmkarlar İttifaqı Komitəsi sədri İbrahim Qasımov bildirib ki, klub tələbələrin asudə vaxtının təşkil olunması o cümlədən milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərərək, ideoloji mənbə rolunu oynayacaq.
Əsaslı kitabxananın direktoru Kamil Məmişov çıxışında yeni yaradılan Kitab klubunu yüksək qiymətləndirib. Deyib ki, bu təşəbbüs tələbələrin kitaba olan marağını daha da artırmaq işində mühüm addımdır. Həmçinin, klubun fəaliyyətində kitabxananın fondunda yer alan bədii kitabların əhəmiyyəti də diqqətə çatdırılıb.
Sonda klubun sədri Ruslan Novruzəliyev klubun strukturu haqqında tələbələrə ətraflı məlumat verib, sualları cavablandırılıb.