23 Aprel Ümumdünya Kitab və Müəllif Hüquqları günü münasibəti ilə “Kitab müəllifin bəşər nəslinə hədiyyəsidir” mövzusunda Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı Heydər Əliyev Mərkəzi ilə birlikdə sərgi keçirdi.
Tədbirdə Gəncə şəhər 8 və 32№-li orta məktəblərin müəllim və şagirdləri iştirak etdi.
Sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümayəndələrinin əsərləri sərgiləndi.
Tədbirdə kitabxananın müdiri Lyudmila Axundova 23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları günü haqqında məlumat verdi. O, qeyd etdi ki, kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır. Kitab özünüzə və başqalarına hörmət etməyi öyrədir, ürəyi və ağlı dünya və insanlıq sevgisi ilə doldurur.
Sonra Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar barədə şagirdlərə məlumat verdi.
Sərgi şagirdlərin böyük marağına səbəb oldu və onları maraqlandıran kitablarla yaxından tanış oldular.