“Kiçik İnformasiya Texnologiyaları (İT) MühəndislərininYetişdirilməsi Proqramı” layihəsinin icrası başa çatmışdır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü qrant müsbiqəsi çərçivəsində həyata keçirilən “Kiçik İnformasiya Texnologiyaları (İT) MühəndislərininYetişdirilməsi Proqramı” layihəsinin icrası başa çatmışdır.

02 dekabr, 2019 tarixində Gəncə şəhər, 22 nömrəli tam orta məktəbdə layihənin bağlanış tədbiri təşkil edilmişdir. Bağlanış tədbirində layihəyə nəzarət üzrə məsul şəxs, Təhsil İdarəsinin nümayəndəsi  Ayşən Əliyeva , Gəncə şəhər 22 nömrəli məktəb nümayəndələri, valideyn və şagirdlər  iştirak etmişdirlər.

Tədbir iştirakçıları Layihə ilə bağlı öz fikirlərini bildirmiş, layihə nəticələri barədə qonaqlara məlumat verilmişdir. Yekunda təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Qeyd edək ki, layihənin icra müddətində seçilmiş  şagirdlər  İnformasiya Texnologiyaları sahəsi üzrə 2 aylıq İT Təlim Kursunda iştirak etmişdirlər. Layihənin  nəticəsi olaraq Təlim kursu iştirakçıları – İT haqqında ümumi məlumat, komputerin yaddaş tutumu  və disklərin xüsusiyətləri, sistem blokda yerləşən qurğular və onların funksiyaları, qurğuların dəyişdirilməsi, əməliyyat sisteminin yüklənməsi,  “Driver”lərin yazılma qaydası, proqramların yüklənməsi, BiOS və onun səhv siqnalları haqqında məlumat, şəbəkə və onun qurulması və digər mövzular haqqında başlanğıc səviyyə olaraq məlumatlar əldə etmişdirlər.

Qeyd edək ki, layihənin icrasına 20 avqust tarixindən başlanılmışdır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.