Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Kəpəz dağında adsız yüksəklikdə Nizami Gəncəvi Zirvəsi təsis edilib.

16 may 2021-ci il tarixdə Kəpəz Dağçılıq İdman Klubunun təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və YAP Gəncə Şəhər Təşkilatının dəstəyi, Göygöl Milli Parkının tərəfdaşlığı ilə Kiçik Qafqaz dağları silsiləsində yerləşən məşhur Kəpəz dağına yürüş təşkil olunub. Kəpəz dağına yürüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Kəpəz Dağçılıq İdman Klubunun təsisçisi Orxan Əmirxanov, fəal gənclər və veteran idmançılar iştirak ediblər.

Zirvəyə çatan yürüş iştirakçıları burada Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar zirvə təsis edilib. Kəpəz dağının zirvəsindəki adsız yüksəklikdə, 3080 metr hündürlükdə təsis edilən zirvəyə “Nizami Gəncəvi” adı verilib.

Nizami Gəncəvi Zirvəsinin vahid dövlət reyestrində qeydiyyata alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Müraciətə rəsmi müsbət cavab alınaraq, zirvənin dövlət reyestrinə qeydiyyata götürülməsinə razılıq verilib.

Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi
Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi
Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi
Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi
Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.