“Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili” layihəsi çərçivəsində İNFOTUR yekunlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən “Kənd yaşıl turizmin inkişafı istiqamətində təbliğat işlərinin təşkili” layihəsi çərçivəsində 12 – 14 iyul 2019-cu il tarixlərini əhatə edən İNFOTUR yekunlaşdı.

İnfoturun birinci günü ölkəmizdə fəaliyyət göstərən KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər sosial-fəal 20 nəfərdən ibarət şəxslər layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə haqqında məlumatlandırılıb. Layihə rəhbəri layihənin kənd sakinlərinə sosial-iqtisadi cəhətdən faydalı olduğunu, onların maddi rifahlarının yaxşılaşmasına, həmçinin turistlərin istirahətinin səmərəli və keyfiyyətlə həyata keçirmək istəyən şəxslərin kənd turizmi xidmətlərinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib. İştirakçılar fəaliyyətləri ilə bağlı məlumat verib, layihəni yüksək qiymətləndirib, kənd turizmi və bu istiqamətdə layihəyə verəcəkləri töhfələr haqqında fikirlərini bölüşüblər. Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd regionlarda müvafiq olaraq istehsal və xidmət sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək, ailə kəndli təsərrüfatlarının fəaliyyətini stimullaşdırmaq, onların məşğulluq problemlərinin həllinə kömək etmək və kənd yaşıl turizmi potensialının istehlakçılara çatdırılmasını təşviq etməkdir.

Orxan Məmmədov, ADAU-nun Aqronomluq Fakultəsinin 2 kurs tələbəsi, Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllülər üzrə koordinatoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.