Kəlbəcər rayonunun işğaldan azad olunduğu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalannmış üç tərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi.
Kəlbəcərdə Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə,145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnika, canlı qüvvə göndərilmişdir.
Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.
Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Nuranə Muradova, Masallı rayon sakini.