Kədəriniz kədərimizdir!

Qardaş Türkiyənin Cənub-şərqində çoxsaylı insan itkisi ilə nəticələn zəlzələ hər birimizi dərindən sarsıdıb. Bütün Azərbaycanın ürəyinə atəş üşüb.
Təbii fəlakət zamanı həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, qardaş Türkiyə Xalqına səbir və dözüm diləyirəm.
Təsəllimiz yaralananların və xəsarət alanların tezliklə şəfa tapması, faciənin nəticələrinin daha az tələfatla tez bir zamanda aradan qaldırılmasıdır.
Türkiyənin kədəri bizim kədərimizdir.
Hamızımızın ürəyi həmin bölgədədir, hamımız indi Kahramanmaraşlı, Malatyalı, Şanlurfalı, Antalyalı, Hataylı, Antepli, Adanalıyıq.
Bu çətin günlərdə bütün Azərbaycan Xalqı öz doğma Qardaşının yanındadır, Türkiyənin zəruri ehtiyaclarının təcili qarşılamaq üçün bir Yumruq kimi birləşib.
Başda Cənab Prezident İlham Əliyev olmaqla hamımız Türkiyəyə kömək etmək üçün ayaqdadır. Xilasedicilərimiz qardaş ölkəyə yola düşərək axtarış-xilasetmə əməliyyatlarına dəstək verərək öz borclarını yerirə yetirmək üçün tələsir, zəruri avadanlıqları tez bir zamanda hadisə bölgəsinə çatdırılır.
Azərbaycan-Türkiyə Həmrəyləyi sayəsində bu faciəni də adladacağıq.
Uca Tanrı Türkü qorusun!
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.