“Jurnalistə qul kimi baxmaq lazım deyil” – Seymur Verdizadə müsabiqələrdəki nöqsanlardan danışdı

“Jurnalisti istismar etmək olmaz. Jurnalistə qul kimi baxmaq doğru deyil. Təəssüf ki, dərisinin 2 qəpiklik qiyməti olmayan adamlar jurnalistikanı hörmətdən saldılar”.

Bu sözləri YeniCag TV-nin “Sözün Düzü” verilişində qonaq olan tanınmış jurnalist Seymur Verdizadə deyib.

S.Verdizadə bildirib ki, müsabiqələr yolu ilə jurnalistləri icra başçılarını, nazirləri tərifləməyə vadar edın zehniyyətdən birdəfəlik xilas olmaq lazımdır.

Əlbəttə ki, bu, cəmiyyəti daim düşündürən məsələlərdən biridir. Jurnalistlər öz qabiliyyəti, bacarığı və istedadı ilə tanınmalıdır. Onun cəmiyyətdəki mövqeyi də jurnalisti digər simalardan ayıran, fərqləndirən cəhətlər üzərində qurulmalıdır.

Maraqlıdır, görəsən Seymur Verdizadə sadaladığı kriteriyalara necə uyğun gəlir? Onun da əlində səlahiyyətlər olsaydı, qohum-qardaşına, yerlilərinə, dostlarına hansı rakursdan qiymət qoyardı?

Verilişin həmin bölümünün videosunu təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.