Uzun illər ərzində ölkəmizdə fəaliyyətdə olan peşəkar jurnalist ordusu müxtəlif təzyiqlərlə sıradan çıxarılırdı. Səbəbi aydındır: -onların yüksək mövqelərdə təmsil olunması Azərbaycanı sevməyən insanlar üçün sərfəsizdi. Efir məkanı bu ölkəni yıxmaq, talan etmək, milləti cılızlaşdırmaq, milli mənəviyyatını məhv etmək istəyi ilə alışıb-yanan, düşməndən də betər insanlar üçün əvəzolunmaz bir vasitə idi. Bu səbəbdən xalqa məhəbbətini azca da olsa biruzə verən, xalqı istəyən, ona xidmət etmək istəyi ilə alışıb-yanan peşəkar yazarların məhvi həmişə gündəmdə olub. Bu yazarların taleyinin necə olması hamıya bəllidir: İllərlə işsiz qalmaq, təqib olunmaq, məişət qayğıarı, yaşam tərzi ilə ilə bağlı min bir əzablara (həmçinin mənəvi əzablara) düçar olmaq onları həyatı boyu təqib etdi. Çoxları sıradan çıxdı, bəziləri isə iradə nümayiş etdirməklə (tüpürəsən belə yaşamağa) onsuz da çətin olan həyatını cəhənnəm əzabına çevirdi. Həmin vaxt bu boşluğu hər gün həyatımıza soxulan televiziya işçiləri doldurdu. Hərçənd, baxmayaraq ki, jurnalistikada qohumbazlıq, yerlipərəstlik naminə çoxlu sayda “yad” adamlar yerləşdirilib, yenə də bu savadsız kütlənin işini görməli olan çoxlu sayda insanlar var. Və ümid edirik ki, onlar kiminsə hansısa siyasətini yerinə yetirməli olsa da, yenə də bu ağır durumda Azərbaycan üçün fəxr sayılan jurnalist ordusu da yetişir. Fikirləşirik ki, bizə qismət olmayan bu həyatı heç olmasa onlar yaşayacaqlar.
Konkret. az saytı bu həssas məsələ ilə bağlı material dərc edib. Onu sizə təqdim edirik:
“Sirr deyil ki, Əli Həsənov ideoloji sahəyə başçılıq etdiyi illərdə bütün qohum-əqrəbasını ayrı-ayrı təşkilatlarda yüksək vəzifələrə yerləşdirə bilmişdi. Bununla bağlı artıq mediada kifayət qədər məlumatlar gedib. Oğlu Şamxal Həsənlini “Xəzər” televiziyasına rəhbər qoyan keçmiş məmur qardaşı oğlu Elçin Həsənovu İTV-nin direktor müavini vəzifəsinə təyin etdirmişdi. Həyat yoldaşı Sona Vəliyeva həm “Kaspi” qəzetinin təsisçisi, həm də Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü kimi uzun müddət fəaliyyət göstərib. Hələ bu azmış kimi, Əli Həsənov cəmi birillik jurnalist fəaliyyəti olan doğmaca dayısı oğlunu da unutmayaraq, onu 2005-ci ildə MTRŞ-nın üzvü belə etdirə bilib.
Söhbət Məmməd Cəfərovdan gedir. O Məmməd Cəfərovdan ki, BDU-nun kitabxanaçılıq fakültəsini bitirdiyi halda, 1978-1997-ci illərdə Xəzər Dəniz Donanmasında müxtəlif vəzifələrdə çalışıb. 1999-2001-ci illərdə Xətai rayonunda MİS-in rəisi vəzifəsində, 2002-2003-cü illərdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində müfəttiş vəzifəsində işləyib. Və o, cəmi bir il Sona Vəliyevanın rəhbəri olduğu “Kaspi” qəzetində müxbir işləməsinə baxmayaraq, MTRŞ-yə üzv olmaqla Əli Həsənovun bu qurumda “göz-qulağı” olub. Ümid edirik ki, qurumdakı kadr dəyişikliyi onun bu missiyasına da son verəcək.”
KONKRET.az