İstanbul universitetinin müəllimi ADAU-da təcrübə dərsləri keçib

İstanbul universitetinin Su bilimləri fakültəsinin müəlimi, doktor dosentFarhad Çağlıtay Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin balıqçılıq ixtisasının tələbələrinə mühazirə oxuyub, təcrübə dərsləri keçib. Bu da təbii ki, hər iki universitet arasında bağlanan müqaviləyə əsasənmütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, ölkənin balıqçılıq üzrə mütəxəssislərlə təminatının yaxşılaşdırılması prioritetlərdəndir. Bu məqsədlə həyata keçirilən tədbirlərin mühüm istqamətlərindən biri də məhz Türkiyənin aparıcı ali təhsili müəssisələri iləqarşılıqlı əməkdaşlıqdan keçir.

Mühazirələr və təcrübə saatları oktyabrın 12-dən 19-na kimi keçiləcək. Bu müddət ərzində tələbələr balıqların bəslənilməsi, süni mayalandırılması, suyun keyfiyyəti,  qəfəs yetişdirilməsi və digər mövzularda mühazirlər dinləyəcək, təcrübə dərsləri keçəcəklər. Bu gün keçilən təcrübə dərsində isə tələbələr Afrika naxasının daxili quruluşunu öyrəniblər.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.